“Nvidia” səhmləri 4% ucuzlaşıb

Yeni korporativ mənfəət hesabatları ilə üst-üstə düşən investorların faiz dərəcəsinin gec endirilməsi ilə bağlı narahatlıqları fonunda Uoll-Stritdə ticarət sessiyası zamanı azalma müşahidə olunub: S&P 500 – 0.6%, Dow Jones – 0.1%, Nasdaq Composite – 1%-dən çox düşüb.

İndex.az xəbər verir ki, ən çox itirən “Big Tech” olub. Nvidia (NASDAQ:NVDA) təxminən 4%, Meta isə 1%-dən çox ucuzlaşıb. Və ümumilikdə, texnologiya sektoru (XLK) S&P 500-də təxminən 1.5% düşərək ən pis nəticə göstərib.

Bu ilin yanvarında başlayan rallinin təkrarlanmasına həm Yaxın Şərqdəki geosiyasi amillər, həm də FED-in uçot dərəcəsini azaltmasının vaxtı ilə bağlı qeyri-müəyyənlik mane olub.