İngiltərədəki elm adamları daha sağlam ağ çörək istehsal etməyə çalışırlar

İngiltərə alimləri tam buğda çörəyi qədər sağlam, lakin görünüşü və dadı ağ çörəyə bənzəyən yeni çörək növü yaratmağa çalışırlar.

İndex.az xəbər verir ki, ağ çörək həvəskarlarını hədəf alan layihə, İngiltərədə qidaların sağlamlığa faydalarını artırmaq üçün hökumət tərəfindən maliyyələşdirilir.

Tədqiqatçılar çörək qarışığına az miqdarda noxud, lobya və taxıl, həmçinin buğda kəpəyi və buğda cücərti əlavə etməyi planlaşdırırlar.

Qeyd edək ki, çörək istehsalçıları əvvəllər una kəpək qataraq ağ çörəyini daha sağlam hala gətirməyə çalışsalar da, müştərilərin dadı və quruluşu xoşuna gəlməyib.