“Yelo Bank” üçün sahibkarlığın, xüsusilə real sektorun inkişafına dəstək prioritetdir. Bu istiqamətdə Bank, Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına illik cəmi 5% ilə biznes krediti təklif edir.
Əməkdaşlıq çərçivəsində təklif olunan biznes kreditinin maksimal məbləği 10 milyon manatdır. Bundan başqa kredit götürmüş sahibkarlar müddətinin yarısınadək güzəşt müddəti üstünlüyündən də faydalana bilərlər.
Qeyd edək ki, 2022-ci ilin ilk 6 ayı ərzində “Yelo Bank” SİF hesabına kredit vermiş müvəkkil bank kimi həm kreditlərin sayı (280), həm də kreditləşmə vəsaitinə görə ilk 3-lükdə qərarlaşıb. Həmin müddət ərzində Bank böyük əksəriyyəti regionlar, xüsusilə də kənd təsərrüfatı olmaqla, real sektorun inkişafına 7 milyon manat məbləğində biznes dəstəyi göstərib. Əgər siz də dəstək krediti ilə biznesini inkişaf etdirmək istəyirsinizsə, vaxt itirmədən onlayn müraciət edə bilərsiniz:
Bank xidmətləri, o cümlədən, haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya , və ya hesablarımıza yazın.
“Yelo Bank” – Parlaq bankçılıq!
