2025-ci ildə "AzerGold" QSC 225,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
İndex.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın yanvar buraxılışına istinadən xəbər verir.
Bu, 2024-cü il ilə müqayisədə 58,6 milyon ABŞ dolları və ya 35,06 % çoxdur.
Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 8,1 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.
