“Unibank” KB GRG ATM-lərin alınması üçün tender elan edib. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə Tender komissiyasının sədri Faiq Zeynalovun adına göndərməlidirlər. Zərflərin qəbulu üçün son tarix 10.02.2025-ci il, saat 12.00-dır.

Ünvan: R.Behbudov 55, “Unibank”ın Baş ofisi.

Qeyd: Tenderdə qalib gələn şirkət həmin alqı-satqı ilə bağlı hesabı “Unibank” KB ASC-də açmalıdır.

Tender haqqında daha ətraflı məlumatı bankın rəsmi saytından ala bilərsiniz:

Bu şərtlər avadanlıqlar üçün tələb olunan ən minimal tələblərdir. Təkliflərdə çatdırılma müddəti və avadanlıqların markalarının qeyd olunması mütləqdir.

Tenderin şərtləri ilə bağlı hansısa sual yaransa,   elektron ünvanına müraciət edə bilərsiniz.