2025-ci ilin sonuna Azərbaycanın bank sektorunun izafi likvid vəsaitləri 3,9 milyard manat təşkil edib.

İndex.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.

"Buna baxmayaraq, monetar siyasətin əməliyyat çərçivəsində bütün alətlərimizdən istifadə edərək bizim əsas istinad faiz indeksimizi - AZIR (Azerbaijan Interbank Rate) indeksini uçot dərəcəsi ətrafında idarə etməyə nail olmuşuq. Siz bunu artıq gündəlik izləyə bilərsiniz", - deyə o qeyd edib.