ABŞ prezidenti Tramp tətildə olduğu Floridadan Vaşinqtona qayıdarkən təyyarədə baş verənlərlə bağlı mətbuata açıqlamalar verib.

İndex.az xəbər verir ki, Tramp Qrenlandiyanın "çox strateji" bir yer olduğunu və hazırda Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu iddia edib.

ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsi ilə bağlı fikirlərini soruşduqda Tramp, "Milli təhlükəsizliyimiz üçün Qrenlandiyaya ehtiyacımız var və Danimarka bunu edə bilməyəcək" dedi.

Tramp həmçinin ABŞ-ın Qrenlandiya üzərində nəzarətinin daha geniş Qərb maraqlarına xidmət edəcəyini iddia edərək, Avropa Birliyinin (Aİ) təhlükəsizliyi üçün buna “ehtiyacı olduğunu” iddia edib.

Qeyd edək ki, Danimarkanın muxtar bölgəsi olan Qrenlandiya daha əvvəl ABŞ-ın suverenliyin verilməsini nəzərdə tutan təkliflərini rədd etmişdi.