ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampın müşayiəti ilə Böyük Britaniyaya ikinci dövlət səfərinə gedib.
İndex.az xəbər verir ki, Tramp krallıq protokolunu pozaraq qarşılanma mərasimi zamanı Kral Çarlzın önünə keçdiyi üçün Böyük Britaniyada mübahisələrə səbəb olub.
Vindzor qəsrində hərbi paradla qarşılanma zamanı Böyük Britaniya və ABŞ dövlət himnləri səsləndirilib. Tramp kral Çarlzla birlikdə əsgərləri salamlayarkən kralın önünə keçib. Krallıq protokolunun bu şəkildə pozulması xoş qarşılanmayıb və Trampın bu hərəkəti ölkədə hiddətə səbəb oldu.
