Ukrayna ordusu Xarkov vilayətində yerləşən Kupyansk şəhərinə aparan bütün yolları tamamilə bağlayaraq şəhərdə olan Rusiya ordusunun hissələrini mühasirəyə alıb.
İndex.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb.
Ukrayna ordusunun komandanlığın məlumatına görə, müdafiə qüvvələri Rusiya ordusunun Kupyanskda olan bölmələrini blokadaya alıb və şəhərin bütün şimal-qərb kənarını təmizləyib.
Bundan əlavə, şəhər yaxınlığınadkı Kondraşovka və Radkovka kəndlərini və onların ətrafını azad edilib.
Bildirilir ki, mühasirəni yarmaq cəhdləri dəf edilir.
