Türkiyənin Adana şəhərində qazılan yol bələdiyyə tərəfindən uzun müddət heç cür asfaltlanmadığından, mağaza sahibləri buna yeni əlac tapıblar.

İndex.az “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, tozdan bezən ticarətçilər evlərindən gətirdikləri köhnə xalçaları yola sərərək özlərinə görə həll yolu tapıblar.

Mərkəz Seyhan rayonuna bağlı Dağlıoğlu Məhəlləsində təmir işləri səbəbindən yol qazılıb. Lakin aradan uzun bir müddət keçməsinə baxmayaraq yol heç cür Adana Böyükşəhər Bələdiyyəsi tərəfindən asfaltlanmayıb.

Belə ki, yol asfaltlanmadığı üçün avtomobillər keçərkən çıxan tozdan mağaza sahiblərini narahat edib. Ticarətçilər böyükşəhər bələdiyyəsinə müraciət etməsinə baxmayaraq, yol heç cür təmir edilməyib. Bundan sonra onlar toplaşıb tozun qarşısını almaq üçün evdəki köhnə xalçaları isladıb xarab yola səriblər.