Bu il 1-ci qruplar üzrə Riyaziyyat-Kimya alt qrupunda 600-dən çox bal toplayan 336 nəfər abituriyent var ki, keçən il bunların sayı 551 nəfər olub.

İndex.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, 1-ci qruplar üzrə Riyaziyyat-Kimya alt qrupunda bu il 500-dən çox bal toplayan 1166 nəfər var idisə, keçən il bu rəqəm 2652 nəfər olub: “1-ci qruplar üzrə bu il 690-dın yuxarı bal toplayan 2 nəfər var idisə, keçən il 12 nəfər olub. Bu qruplar üzrə 300-dən yuxarı bal toplayan bu il 5603 nəfər var idisə, keçən il 9825 nəfər olub. 1-ci qrup üzrə plan yerləri bu il 20 385 yerdir, keçən il isə bu yerlərin sayı 19990 olub. Bu il 1-ci qrupdan Riyaziyyat-Kimya altqrupu üzrə hamı qəbul olacaq”.

Ekspert bildirib ki, 2-ci qrup üzrə 218 nəfər 600-dən yuxarı bal toplayıb: “650-ədən yuxarı cəmi 48 abituriyent var. 500 dən çox bal toplayanların sayı 1075 nəfərdir. 2-ci qrupda 200 baldan çox 7367 nəfər bal toplayıb. 2-ci qrupun plan yeri 14935-dir ki, burada 200 baldan çox toplayan bütün abituriyentlər qəbul ola biləcək”.

K. Əsədov qeyd edib ki, 3-ci qrup üzrə 600 baldan yuxarı 1005 nəfər bal toplayıb: “650-dən yuxarı cəmi cəmi 236 abituriyent var. 300-dən çox 14846 nəfər bal toplayıb. 500 dən çox bal toplayanların sayı 3927 nəfərdir. 3-ci qrupda 200 baldan çox 19995 nəfər bal toplayıb ki, 3-ci qrupun plan yeri 15583-dir”.

O həmçinin vurğulayıb ki, 4-cü qrup üzrə 600 baldan yuxarı 968 nəfər bal toplayıb: “650-dən yuxarı cəmi cəmi 317 abituriyent var. 300-dən çox nəfər 4305 bal toplayıb. 500 dən çox bal toplayanların sayı 2135 nəfərdir. 4-cü qrupda 200 baldan çox 4550 nəfər bal toplayıb ki, 4-cü qrupun plan yeri 4732-dir”.