Bu gün Bakı Fond Birjasında (BFB) “TBC Kredit” BOKT MMC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
İndex.az Fonda istinadən xəbər verir ki, hərrac zamanı cəmi 4 investor tərəfindən 4 sifariş təqdim edilib. İstiqrazın hərrac qiyməti 1000 manat müəyyən edilib.
Qeyd edək ki, istiqrazın illik faiz dərəcəsi 12%, faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği bir milyon manat, ödəmə tarixi isə 14.07.2024-cü ildir. Yerləşdirmə üzrə anderrayter isə “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
