Magistral su kəmərində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasına görə bu gün Bakının Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

İndex.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.