"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2025-2028-ci illərdə Azərbaycanda orta illik inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır.

İndex.az xəbər verir ki, bu qiymətləndirmə agentliyin proqnozunda qeyd olunub.

Proqnozlara əsasən, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-dən 5,7 %-ə qədər sürətlənəcək. Lakin, 2026-cı ildə inflyasiya 4,7 %-ə, 2027-ci ildə 4,4 %-ə, 2028-ci ildə isə 4 %-ə qədər enəcək.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, ölkədə orta illik inflyasiya 2025-ci ildə 5,4 %, 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına (oktyabr 2025-ci il) görə, illik inflyasiyanın 2025-ci ildə 6 %, 2026-cı ildə isə 5,7 % ətrafında olacağı gözlənilir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda orta illik inflyasiya 5,7 % təşkil edib.