Şimali Koreya ABŞ-ın bu yaxınlarda Nikolas Maduronun qaçırıldığı Venesueladakı hərbi əməliyyatını sərt şəkildə tənqid edərək, Vaşinqtonu “quldurluqda” ittiham edib.

İndex.az xəbər verir ki, Şimali Koreya bəyan edib ki, onun son raket sınaqları hipersəs silah sistemi ilə bağlıdır. Lider Kim Çen In sınaqların başlanmasını şəxsən müşahidə edib və nüvə müharibəsinin qarşısının alınmasının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, bazar günü keçirilən təlimin məqsədi hipersəs silah sistemlərinin hazırlığını yoxlamaq, raket bölmələrinin əməliyyat imkanlarını artırmaq və ölkənin müharibədən çəkindirmə qabiliyyətini qiymətləndirmək olub.