Maqadan-Moskva reysini yerinə yetirən təyyarə havaya qalxarkən texniki nasazlıq səbəbindən uçuş-enmə zolağından kənara çıxıb.

İndex.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Təyyarənin göyərtəsində 335 sərnişin olub. Qurumun məlumatına görə, xəsarət alan olmayıb.