Rusiya bu il üç dəfə Norveçin hava sərhədlərini pozub.
İndex.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störenin Norveç hökumətinin saytında dərc edilən bəyanatında deyilir.
"Aprelin 25-də, iyulun 24-də və avqustun 18-də Rusiya üç dəfə Norveç hava məkanına daxil olub. Bunun qəsdən, yoxsa naviqasiya səhvləri səbəbindən edildiyini müəyyənləşdirə bilmirik", - bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, Norveç hökuməti baş verənləri qəbuledilməz hesab edir və bu barədə Rusiya tərəfi məlumatlandırılıb.
