Rusiya və ABŞ Ukrayna münaqişəsinin nizamlanmasına dair işlərin davam etdirilməsi ilə bağlı razılaşma əldə edib.

İndex.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasının hökumət saatında bəyan edib.

"ABŞ tərəfinin müvafiq təkliflərinin müzakirəsi Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfəri zamanı davam etdirilib. Prosesin davam etdirilməsi barədə razılıq əldə olunub", - deyə S.Lavrov bildirib.

Nazir həmçinin qeyd edib ki, Rusiya tərəfi ABŞ Prezidenti Donald Trampın bu məsələ ilə bağlı dialoqa dair səylərini təqdir edir.