Qəzzada fırtına və leysan yağışları səbəbindən 12 nəfər həlak olub.
İndex.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Qeyd edilib ki, ölənlər arasında uşaqlar da var.
Azı 13 ev uçub və son uçqunlar Qəzzanın Əl-Karama və Şeyx Radvan rayonlarında qeydə alınıb.
Bundan əlavə, qaçqın düşərgələrini də su basıb. 27 mindən çox çadır su altında qalıb və ya güclü külək səbəbindən uçub.
