Bu ilin yanvar-iyul aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 58,3 % artaraq 516,6 milyon manat olub.
İndex.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 331,2 milyon manat olub. Bu da ümumi dövriyyənin 64,1 %-ini təşkil edib.
