2024-cü ildə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda 953 yeni iş yeri açılıb.

Bu barədə İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 202 iş yeri və ya 26,9 % çoxdur.

Ötən il ərzində Cəbrayılda 146 yeni iş yeri açılıb ki, bu da daha əvvəlki 2023-cü illə müqayisədə 82 iş yeri və ya 2,3 dəfə çoxdur.

Bu müddət ərzində Kəlbəcər rayonunda 202 yeni iş yeri açılıb ki, bu da 2023-cü illə müqayisədə 174 iş yeri və ya 7,2 dəfə çoxdur.

Hesabat ilində Qubadlıda 41, Laçın rayonunda isə 471 yeri iş yeri açılıb ki, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 33 iş yeri və ya 5,1 dəfə çox, 154 iş yeri və ya 24,6% azdır.

2024-cü ildə Zəngilan rayonunda 93 yeni iş yeri açılıb. Bu da 2023-cü illə müqayisədə 67 iş yeri və ya 3,6 dəfə çoxdur.

Həmçinin, 2024-cü ildə Xankəndidə 702 yeni iş yeri açılıb. 2023-cü ildə bu şəhərdə açılan yeni iş yerləri ilə bağlı məlumat yoxdur.

Həmin il Ağdam rayonunda 220 yeni iş yeri açılıb ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 85 iş yeri və ya 63% çoxdur.

Ötən il Füzulidə 73, Xocalıda isə 232 yeri iş yeri açılıb ki, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 21 iş yeri və ya 40,4%, 226 iş yeri və ya 38,7 dəfə çoxdur.

2024-cü ildə Xocavənd rayonunda 32 yeni iş yeri açılıb. Bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 18 iş yeri və ya 34,6% azdır.

2024-cü ildə Şuşa rayonunda 352 yeni iş yeri açılıb ki, bu da 2023-cü illə müqayisədə 77 yeni iş yeri və ya 28% çoxdur.