Bu ilin yanvar-iyul aylarında Dövlət Neft Fondu (ARDNF) 2 951,6 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

İndex.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% azdır.

İyulda isə ARDNF-in valyuta satışının məbləği 212,4 milyon dollar təşkil edib. Bu isə ötən ilin iyul ayına nisbətən 54% azdır.