Bu ilin dekabrın 1-dən etibarən “Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi dayandırılacaq.

İndex.az xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

“Naxtel” MMC abunəçilərinin hazırda istifadələrində olan nömrələrin onların adlarında saxlanılması və mobil rabitə xidmətlərindən yararlanmağa davam edə bilmələri üçün 01.10. 2025-ci il tarixindən 01.12.2025-ci il tarixinədək ölkədə fəaliyyət göstərən digər mobil rabitə operatorlarına (Azercell, Bakcell, Nar) müraciət etmələri tövsiyə olunur.

Qeyd edilən tarixədək yuxarıda adları çəkilən mobil operatorların şəbəkəsinə keçid etməyən abunəçilərin nömrələri onların istifadəsindən çıxarılacaq (ləğv ediləcək) və həmin nömrələr üzrə mövcud müqaviləyə xitam veriləcək. Müqaviləyə xitam verilməsi ilə nömrədə mövcud olan və fərdi qaydada aktiv edilmiş xidmət(lər) deaktiv ediləcək, SIM kartın balansında qalan istifadə edilməmiş vəsaitlər silinəcək (sıfırlanacaq).

Dəyişikliklər haqqında ətraflı məlumatı “Naxtel” MMC-nin Telefon Mərkəzindən (299) əldə etmək mümkündür.

Nömrələrin daşınması adıçəkilən mobil operatorların Naxçıvan Muxtar Respublikası ərazisində, habelə Bakı, və Gəncə şəhərlərində xüsusi təyin olunmuş xidmət mərkəzlərində həyata keçiriləcək.