2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 1 milyard 709,4 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

İndex.az xəbər verir ki, bu barədə Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə real ifadədə 3,8 % çoxdur.

Bundan başqa, məlumata görə, ötən il muxtar respublikada pərakəndə ticarət dövriyyəsinin dəyəri 4 % artaraq 1 milyard 366,3 milyon manat, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 0,3 % artaraq 198,5 milyon manat olub.