2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən 3 mobil operatoru ümumilikdə Azərbaycan büdcəsinə 195,2 milyon manat vergi ödəyiblər.
İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
2024-cü ildə Azərbaycanda ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısında “Azercell Telekom”, “Bakcell” və “Azerfon” (“Nar Mobile”nin adları da var.
Belə ki, ötən il ərzində “Azercell Telekom” MMC Azərbaycan büdcəsinə 127,6 milyon manat vergi ödəyib.
2024-cü ildə “ölkənin digər mobil operatoru “Bakcell” MMC isə 41,8 milyon manat vergi ödəyib.
“Azerfon” MMC isə ötən il ərzində ölkə büdcəsinə 25,8 milyon manat vergi verib.
Ölkənin 100 ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısında Azərbaycan ən iri telekommunikasiya şirkətlərindən biri olan “AzerConnect Group” MMC-nin da var. Bu şirkət ötən il ərzində Azərbaycan büdcəsinə 23,1 milyon manat verib.
Regionun ən iri internet və telekommunikasiya operatorlarından biri olan “Delta Telekom” MMC isə 2024-cü ildə Azərbaycanda 19,5 milyon manat vergi ödəyib.
