“Twitter” sosial şəbəkəsini əldə etdikdən sonra iş adamı İlon Mask zarafatla daha bir şirkəti – “Coca-Cola”nı alacağını elan edib.

Bu barədə o, “Twitter” səhifəsində yazıb.

https://twitter.com/elonmusk/status/1519480761749016577?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1519480761749016577%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Foxu.az%2Fworld%2F597663

“Növbəti dəfə “Coca-Cola”nı alacam ki, kokaini tərkibinə qaytarım”, - deyə o yazıb.

Bundan əvvəl Mask restoranlarında dondurma aparatlarını düzəltmək üçün “McDonald`s”ı almaq niyyətini açıqlamışdı. Lakin sonra iş adamı hətta özünün belə o maşınları düzəldə bilməyəcəyini deyərək, bu ideyadan vaz keçdiyini söyləyib.