Liviya sahilləri yaxınlığında Aralıq dənizində rezin qayığın aşması nəticəsində azı 42 miqrant itkin düşmüş və həlak olmuş hesab edilir.
İndex.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilat məlumat yayıb.
Təşkilatın məlumatına görə, itkin düşənlər arasında 29 Sudan, 8 Somali, 3 Kamerun və 2 Nigeriya vətəndaşı var.
Bildirilib ki, açıq dənizdə yeddi sərnişin möcüzəvi şəkildə sağ qalmağı bacarıb.
