Şimali Koreya hərbçiləri Ukraynada döyüş əməliyyatlarında Rusiya tərəfində iştirak etməyə davam edir.
İndex.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, Şimali Koreya əsgərləri hava kəşfiyyatına və reaktiv yaylım atəş sistemlərin zərbələrinin korreksiyasına cəlb olunublar.
Məlumata görə, Şimali Koreya qüvvələrindən ibarət qruplaşma Rusiyanın Kursk vilayəti ərazisində yerləşdirilib və buradan artilleriya və reaktiv yaylım atəş sistemləri vasitəsilə Ukraynanın sərhədyanı ərazilərinə hücumlar həyata keçirir.
Bildirilib ki, Şimali Koreya ordusunun Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakının məqsədi pilotsuz texnologiyalara yiyələnmək və müasir müharibənin aparılmasına dair təcrübə qazanmaqdır.
Daha əvvəl KİV-lər məlumat yaymışdı ki, Çin hərbçiləri ağır itkilərdən sonra Kursk vilayətindəki cəbhə xəttindən geri çəkiliblər.
