İspaniyanın keçmiş kralı I Xuan Karlos 70 ildən sonra qardaşının ölümü ilə bağlı səssizliyini pozub.
İndex.az xəbər verir ki, keçmiş kral xatirə kitabında 1956-cı ildə silahla oynayarkən qardaşı Alfonsonu alnından necə güllələdiyini danışıb. İllərdir ki, hadisənin “qəza” olduğu iddia edilərək gizli saxlanılsa da, keçmiş kralın etirafı indi İspaniyanı silkələyir.
Xuan Karlos kitabında yazıb: “Mən heç vaxt bu faciənin ağırlığını üstümdən ata bilməyəcəyəm. “Biz tapançadan mühümmat qutusunu çıxardıq, amma lülədə güllə qaldığını bilmirdik”. Keçmiş kral güllənin sıçrayaraq qardaşının alnına dəydiyini və Alfonsonun atasının qucağında öldüyünü deyib.
Həmin vaxt 18 yaşı olan Xuan Karlosa qarşı heç bir rəsmi araşdırma aparılmayıb. Kralın atası pistonu dənizə atıb, Alfonsonun bədənini isə İspaniya bayrağı ilə örtüb. Xuan Karlos yazıb ki, atası onu silkələyib və deyib: “Mənə and iç ki, bunu qəsdən etməmisən” desə də, münasibətləri bir daha əvvəlki kimi olmayıb.

2014-cü ildə taxt-tacı oğlu VI Felipeyə keçirən Xuan Karlos cinsi qalmaqallardan tutmuş korrupsiya iddialarına qədər çoxsaylı böhranlarla üzləşib. Mətbuatda onun 2000-dən çox qadınla münasibətdə olması iddiaları yer alıb. Taxt-tacdan əl çəkdikdən sonra Dubaya köçən keçmiş kral indi “Mi vida, mi verdad” (Mənim həyatım, mənim həqiqətim) adlı xatirə kitabı ilə keçmişi ilə üzləşir.Sürgündə olan keçmiş kralın kitabı gələn ay İspaniyada nəşr olunacaq.
"Mən bir dostumu, sirdaşımı itirdim. Bundan sonra həyatım qaranlıq oldu. Hələ də hər gün onu düşünürəm", - Xuan Karlos deyib.
Bu hadisədən sonra Xuan Karlos hərbi məktəbə qayıdıb və 1975-ci ildə Fransisko Frankonun ölümündən sonra taxt-taca oturub. Lakin, illərlə davam edən qalmaqallar, qeyri-qanuni işlər və dəbdəbəli həyat tərzi onun ictimai imicinə xələl gətirib.
