"Fənərbaxça"dan ayrıldıqdan qısa müddət sonra "Benfika"nın baş məşqçisi vəzifəsinə keçən Joze Mourinyonun Avropada işləri yaxşı getmir.
İndex.az xəbər verir ki, Portuqaliya komandası Çempionlar Liqasında keçirdiyi üç matçda hələ bir xal toplaya bilməyib, ən son səfərdə “Nyukasl Yunayted”ə 3:0 hesabı ilə uduzub.
Matçdan sonra açıqlama verən Mourinyo heyətin strukturu və komandanın çatışmazlıqlarına toxunub. Mourinyonun Kerem Aktürkoğlu ilə bağlı açıqlamaları isə böyük rezonans doğurub:
"Həqiqətən bəyəndiyim bir oyunçu var ki, hazırda burada deyil, amma məncə, o, burada olmalıdır. Necə ki, mənim əvvəlki klubum Kerem Aktürkoğlu hadisəsinə qarışmışdı... "Benfika" X məbləğində pul qazanan oyunçunun evə gedib beş qat X qazanc əldə etməsinə mane ola bilməzdi. Nəzarət etmək mümkün deyildi. Açığı, o, darıxdığımız oyunçudur."
