Türkiyədə saxlanılanlar arasında “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş və “Qalatasaray”ın oyunçusu Metehan Baltacı da var.

İndex.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətə “Futbol mərc oyunları araşdırması” kimi tanınan işin ikinci hissəsi çərçivəsində “Qalatasaray”ın futbolçusu Metehan Baltacının öz klubunun oyunlarına mərc etdiyi aşkarlanıb.

Bundan başqa, 28 aprel 2024-cü ildə keçirilmiş “Ankaraspor”-“Nazilli Belediyespor” matçının nəticəsinə təsir etmələri səbəbi ilə “Ankaraspor” klubunun sahibi Əhməd Okatan, “Ankaraspor” klubunun prezidenti Mehmet Emin Katipoğlu, “Nazilli Belediyespor” prezidenti Şahin Kaya və iki məşqçi tutulub.

24 dekabr 2023-cü ildə keçirilmiş “Ümraniyespor”-“Giresunspor” futbol matçının nəticəsinə təsir etmələri səbəbi ilə biri futbolçu olmaqla altı nəfər, habelə nank hesabları araşdırılan və şübhəli maliyyə əməliyyatlarının aparıldığı müəyyənləşən “Adana Demirspor” klubunun keçmiş prezidenti Murat Sancak, keçmiş futbol hakimi və idman şərhçisi Ahmet Çakar və həyat yoldaşı, eləcə də baş hakim Zorbay Küçük də daxil olmaqla yeddi nəfər saxlanılıb.