İsrail Müdafiə Qüvvələrinin (IDF) son illərdə yüksək rütbəli zabitlər üçün ayrılmış Çin istehsalı olan maşınları geri çağırmağa başladığı bildirilir.

İndex.az xəbər verir ki, qərar müdafiə rəsmilərinin nəqliyyat vasitələrinin təhlükəsizlik riski yarada biləcəyi ilə bağlı xəbərdarlıqlarından sonra verilib.

İlin əvvəlində İDF Çin istehsalı olan bütün maşınların hərbi baza ərazilərinə daxil olmasını qadağan etmişdi. Bu qərar avtomobillərin sensorları və kameralarının həssas məlumatları toplaya biləcəyi ilə bağlı narahatlıqlar fonunda qəbul edilib.

İsrailin “Calcalist” və “İsrael Hayom” maliyyə qəzetlərinin məlumatına görə, İsrail ordusu 700-ə yaxın avtomobili geri çağırıb. Geri çağırılan avtomobillərin əksəriyyətinin 2022-ci ildən polkovnik-leytenantlara və polkovniklərə ayrılan "Chery Tiggo 8 Pro" modelləri olduğu bildirilir.