Avropada elektrikləşdirmə strategiyasının bir hissəsi olaraq, "Ford" 27 ildir istehsal etdiyi "Focus" modelini dayandırdı.

İndex.az xəbər verir ki, Almaniyadakı Saarlouis zavodunun gələcəyi qeyri-müəyyən olaraq qalsa da, şirkət 2027-ci ildə məhsul xəttindəki boşluğu yeni orta ölçülü krossoverlə doldurmağı planlaşdırır.

"Focus" və "Fiesta"nın dayandırılması, "Ford"un son illərdə Avropa bazar payının əhəmiyyətli dərəcədə azaldığını daha da vurğuladı.