İsrailin hərbi büdcəsinin 112 milyard şekel (35 mlrd. dollar) müəyyən edilməsi nəzərdə tutulur.
İndex.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti bildirib.
Məlumata görə, 2026-cı il üçün hərbi büdcəsində bu rəqəmin 90 milyard şekel (təqribən 28 mlrd. dollar) nəzərdə tutulurdu.
Növbəti il üçün büdcə müzakirəsi zamanı müdafiə naziri İsrael Kats və maliyyə naziri Batsalel Smotriç büdcə çərçivəsində müdafiə xərclərini müzakirə ediblər.
İ.Kats bildirib ki, ordu hərbiçilərin ehtiyacını ödəməyə və onların yükünü azaltmağa davam edəcək.
"Biz təhlükəsizliyimizi təmin etmək üçün İsrail ordusunu gücləndirməyə, hərbçilərin ehtiyaclarını tam təmin etməyə və onların yükünü azaltmağa davam edəcəyik", - nəşr yazıb.
