İranda yaşayış bahalaşmasına qarşı dekabrın 28-də başlayan etirazlar yeddinci gününə qədəm qoyub.
İndex.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp deyib ki, İran etirazçıları öldürərsə, ölkəsi müdaxilə edəcək.
ABŞ prezidenti Donald Tramp İrana qarşı ritorikasını növbəti dəfə sərtləşdirib. "Əgər keçmişdə olduğu kimi insanları öldürməyə başlasalar, ABŞ çox sərt cavab verəcək. Biz çox diqqətlə izləyirik", - Tramp deyib.
Bəyanat ABŞ Dövlət Departamentinin farsdilli rəsmi sosial media hesabında da paylaşılıb.
ABŞ Dövlət Departamentinin farsdilli hesabında Trampın sözləri diqqətə çatdırılıb. Yazıda deyilir: "Prezident Tramp işini sözdə yox, əməldə görən adamdır. Əgər bilmirsinizsə, indi bilirsiniz".

