İlon Mask bazar ertəsi ABŞ-Səudiyyə İnvestisiya Forumunda danışaraq, süni intellekt sayəsində pulun "önəmsiz olacağını" söylədi.

İndex.az xəbər verir ki, Mask süni intellekt və robot texnikasında irəliləyişlərin davam edəcəyini və pulun bir anda əhəmiyyətinin azalacağını deyib.

Mask əlavə edib ki, bəzi fundamental məhdudiyyətlər qalacaq. Bunlara elektrik (enerji istehsalı) və kütlə (xammal, fiziki resurslar) kimi güclə bağlı amillər daxildir.

"Kainatın fundamental fizikası hələ də məhdudiyyətlər qoyacaq. Ancaq bunun xaricində, müəyyən bir nöqtədə pul tamamilə əhəmiyyətsiz bir anlayışa çevrilə bilər", - Mask deyib.