Neftə olan tələbatının təxminən 90%-ni idxal hesabına ödəyən Hindistan ucuz Rusiya neftini eyni dərəcədə ucuz İran nefti ilə əvəz etmək istəyir.

İndex.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Bu həftə ABŞ-a səfər edən Hindistan nümayəndə heyəti bu tələbi amerikalı rəsmilərlə keçirdikləri görüşlərdə bir daha səsləndirib. Məsələdən xəbərdar mənbələrin sözlərinə görə, Hindistan tərəfi bildirib ki, eyni vaxtda Rusiya, İran və Venesueladan neft idxalının dayandırılması qlobal neft qiymətlərinin artmasına səbəb ola bilər.