"AzərEnerji" ASC "Naxçıvan Şəhər" yarımstansiyasından çıxan 110 kV-luq elektrik veriliş xətlərini kabel xətləri ilə əvəz etməyə hazırlaşır.

İndex.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bu işlərə təxminən 7 milyon manat xərclənməsi nəzərdə tutulur.