Fransa prezidenti Emmanuel Makron Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edib.
İndex.az xəbər verir ki, Makron Fələstin dövlətini tanımaq üçün daha çox gözləyə bilməyəcəklərini bildirib.
Makron Qəzzadakı hadisələrə heç bir şəkildə haqq qazandıra bilməyəcəyini və insanların həyatını xilas etmək lazım olduğunu bildirib.
Fransa prezidenti bəyan edib ki, iki dövlət həllinə nail olmaq üçün hər şey edilməlidir.
