“Forbes Georgia” nəşri “Transfermarkt” portalının məlumatlarına əsaslanaraq ən dəyərli oyunçuların reytinqini tərtib edib.
İndex.az xəbər verir ki, bu reytinqdə futbolçuların bazar dəyəri göstərilib.
Nəşr qeyd edir ki, son illərdə dünyanın aparıcı liqalarında çıxış edən futbol klubları tərəfindən gürcü futbolçulara maraq əhəmiyyətli dərəcədə artıb. Bu da öz növbəsində oyunçuların bazar dəyərinin artmasına səbəb olub.
Ən bahalı 10 gürcü futbolçusunun cari bazar dəyəri 183,5 milyon avro təşkil edir. Onların arasında "Paris Sen-Jermen"in hücumçusu Xviça Kvaratsxeliya liderlik edir. Onun hazırkı dəyəri 90 milyon avro təşkil edir.
“Transfermarkt” versiyasına görə ən bahalı 10 gürcü futbolçusu:
▪️ Xviça Kvaratsxeliya (24 yaş) — "Paris Sen-Jermen" — €90 mln
▪️ Georgi Mamardaşvili (24 yaş) — "Liverpul" — €30 mln
▪️ Jorj Mikautadze (24 yaş) — "Lion" — €22 mln
▪️ Zuriko Davitaşvili (24 yaş) — "Sent-Etyen" — €10 mln
▪️ Saba Qoqliçidze (21 yaş) — "Udineze" — €8 mln
▪️ Otar Kiteişvili (29 yaş) — "Şturm" — €6 mln
▪️ Georgi Koçoraşvili (26 yaş) — "Sportinq" — €5 mln
▪️ Georgi Çakvetadze (25 yaş) — "Uotford" — €4,5 mln
▪️ Saba Lobjanidze (30 yaş) — "Atlanta Yunayted" — €4 mln
▪️ İrakli Azarov (23 yaş) — "Şaxtyor" — €4 mln
