Ermənistan baş naziri Nikol Paşinyan 2026-cı ilin yanvarın 1-dən etibarən ölkənin Silahlı Qüvvələrində məcburi xidmət müddətinin qısaldılacağını elan edib.
Bu barədə İndex.az Ermənistan mətbuatına istinadən xəbər verir.
"Qərar qəbul edilib ki, 1 yanvar 2026-cı il tarixindən məcburi hərbi xidmət müddəti iki ildən 1,5 ilə qısaldılacaq", - o, “Telegram”da yayımlanan video müraciətində bildirib.
Qərar Ermənistanın müdafiə naziri ilə müzakirələr nəticəsində qəbul edilib.
