"Orta məktəblərdə pul yığılması halları var. Bütün hallarla bağlı araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb".

İndex.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Bizim yanaşmamız ondan ibarətdir ki, bu məsələ həm medianın, həm də ictimaiyyətin diqqətində olmalıdır", - nazir bildirib.

O əlavə edib ki, Azərbaycanda 4 400 məktəb, 1 600 bağça fəaliyyət göstərir.