Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,5 dəfə artaraq 792,6 milyon manat olub.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,8 %-i hüquqi şəxslərin, 50,2 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 47,5 % artaraq 391,9 milyon manat olub.