Ötən il Azərbaycanda 76 min aztəminatlı ailənin 335 mindən çox ailə üzvünə ünvanlı sosial yardım ödənilib.

İndex.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev Fondun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, onlara DSMF-nin büdcəsi hesabına 420 milyon manat ünvanlı sosial yardım ödənilib: "2025-ci il dekabrın 22-də Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamına əsasən 2025-ci il dekabrın 30-u tarixinə 200 manat ünvanlı dövlət sosial yardımı alan hər bir ailəyə birdəfəlik ödəniş üçün dövlət büdcəsindən 15 milyon 300 min manat ayrılıb".