Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol ötən il müstəntiqlərin onu saxlamaq cəhdinə mane olmaq da daxil olmaqla bir sıra ittihamlara görə 5 il həbs cəzasına məhkum edilib.
İndex.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Seul Mərkəzi Rayon Məhkəməsi keçmiş prezidentin 2024-ci ilin dekabrında hərbi vəziyyət tətbiq etməsi ilə bağlı ittihamlar üzrə ilk məhkəmə qərarı çərçivəsində bu hökmü çıxarıb.
