Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Suriyanın hökumətinin başçısı Əhməd Şəra qarşı sanksiyaların ləğvinə qərar verib.
İndex.az xəbər verir ki, qətnamə layihəsi ABŞ tərəfindən Şəraanın bazar ertəsi, noyabrın 10-da Ağ Evə səfərindən əvvəl təqdim edilib.
Vaşinqtonun BMT-dəki səfiri Mike Waltz BMT-nin Əsədin devrilməsindən sonra Suriyanın yeni dövrə qədəm qoyduğunu qəbul edən “güclü siyasi siqnal” göndərdiyini deyib.
Qeyd edək ki, Əhməd Şəra 2024-cü ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra müvəqqəti prezident seçilib.
Şəra daha əvvəl Əl-Qaidə ilə əlaqəsi olan İslamçı qrup Heyət Təhrir əl-Şamın (HTS) lideri kimi BMT-nin sanksiyaları altında idi. ABŞ isə iyul ayında HTS-ni xarici terrorçu qruplar siyahısından çıxarıb.
BMT Suriya lideri Əhməd Şəra qarşı sanksiyaları ləğv edib
2025-11-07 15:02
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
2026-01-30 16:35
“Qalatasaray” "Yunentus"la qarşılaşacaq
2026-01-30 15:47
Baş idarə əməliyyat keçirib, 34 kq narkotik aşkarlanıb
2026-01-30 15:26
