Belarus və Rusiya arasındakı bir sıra qatarlar Smolensk vilayətində qatar və yük maşını toqquşması nəticəsində baş verən qəza səbəbindən ləğv edilir.

İndex.az xəbər verir ki, bu barədə BELTA Belarus Dəmir Yolunun mətbuat mərkəzinə istinadən məlumat yayıb.

"Baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması üçün "RDY" ASC-nin xahişi ilə Smolensk vilayətinə Belarus Dəmir Yolunun yanğınsöndürən qəza-xilasetmə və bərpa qatarları göndərilib", - məlumatda bildirilib.