Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib.

İndex.az Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir.

Bildirilir ki, hava limanında elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

Qeyd edək ki, enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilib.