2025-ci ildə Azərbaycanın dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 95,8 % və yaxud 4 milyard 554,4 milyon manat icra olunub.
İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 9,7 % və yaxud 403,3 milyon manat çoxdur.
Hesabat dövründə sosial müdafiə və sosial təminat xərcləri faktiki xərclərin 11,8 %-ni təşkil edib.
