Dövlət bankı “Azər Türk Bank” korporativ müştərilərin vasitəsilə icra olunan xarici valyuta köçürmə əməliyyatları üzrə tariflərin endirilməsi və müştərilərin əlavə xərclərdən azad olunması barədə qərar verib.

Belə ki, xarici valyutada olan köçürmələr üzrə komissiya haqqının həm faiz, həm də minimal və maksimal həddi əsaslı şəkildə endirilmiş, bu növ əməliyyatların icrası zamanı müxbir bankların xərclərini “Azər Türk Bank” öz üzərinə götürmüşdür.

Beləliklə, 01 fevral 2023-cü il tarixindən etibarən korporativ müştərilərin SWIFT sistemi üzərindən “OUR” xidmət haqqı formatında icra olunan xarici valyuta köçürmələri üzrə tarif 0,25% (min. 30 USD/EUR/GBP, maks. 400 USD/EUR/GBP) səviyyəsində müəyyən edilmişdir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp , yaxud 945 nömrəli əldə edə bilərsiniz.